Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən narkotik vasitələr aşkar edilərək götürülmüşdür

06.03.2019

Gəncə Şəhər Baş Polis İdarəsi  əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş V.Həsənovdan çəkisi 10,9 kiloqram marixuana götürülmüşdür.

Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Medvedyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Binə qəsəbəsindəki evdən isə dibçəklərdə kultivasiya yolu ilə yetişdirilmiş 27 ədəd çətənə  kolu və çəkisi 4,8 kiloqramdan artıq marixuana da aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. 

Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Cabbarovdan 490 qram marixuana götürülmüşdür.

Hər üç faktla bağlı cinayət işi başlanılıb. İstintaq və əməliyyat tədbirləri aparılır.