23 baş qoyun və 9 baş keçini oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakinləri Ş.Mehdiyev və V.Vahidov saxlanılmışlar
06.03.2019Baş Cinayət Axtarışı İdarəsi, Kürdəmir RPŞ və Ağsu RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-nə keçən gecə Kürdəmir rayonunun Pirili kəndindəki evlərin birinin həyətindən 23 baş qoyun və 9 baş keçini oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakinləri Ş.Mehdiyev və V.Vahidov saxlanılmışlar.