Oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Q.Salmanov saxlanılmışdır
06.03.2019Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın martın 5-də metronun “Nizami” stansiyasının platformasında içərisində 46 manat pulu və sənədi olan pulqabısının oğurlandığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Q.Salmanov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.