Goranboy rayonunun Borsunlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
06.03.2019Martın 6-da saat 9 radələrində Goranboy rayonunun Borsunlu kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 45-50 yaşlı kişi vurulmuş və hadisə yerində ölmüşdür.
Yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Volvo” markalı avtomobilin sürücüsü M.Qradjov Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.