Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
06.03.2019Martın 6-da saat 17 radələrində Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində Qılıncbəyli kənd sakini Ş.Məmmədov idarə etdiyi “QAZel” markalı avtomobili yolun kənarındakı dirəyə vurmuşdur. Nəticədə avtomobildəki sərnişinlərdən Kür qəsəbə sakini S.Həşimov hadisə yerində ölmüş, digər sərnişin xəstəxanaya yerləşdirilmişdir.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.