Gün ərzində 117 cinayət faktı qeydə alınmışdır
01.09.2018Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 117 cinayət faktı qeydə alınmış, onların da 18-i “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 5 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılmışdır.