Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Salyan rayon sakini R.Bağırova münaqişə zəminində ölümcül xəsarət yetirmiş rayon sakini E.Səmədov tutulmuşdur

01.09.2018

Sentyabrın 1-də Salyan rayonunun Seyidsadıqlı kəndi ərazisində yaşayan Elgün Səmədov həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə qonşusu Rüfət Bağırovu yaralamışdır. Xəstəxanaya yerləşdirilmiş R.Bağırov orada ölmüşdür.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə E.Səmədov tutulmuşdur.

Ondan cinayətdə istifadə etdiyi, müvafiq sənədləri olmayan “İJ-58” markalı tüfəng götürülmüşdür.

01.09.2018 tarixinə olan kriminal məlumatlar