Cəlilabad rayon sakini Firuzə Əsgərovanı və onun qızını qətlə yetirməkdə şübhəli bilinən Yaşar Bayramov tutulmuşdur
01.09.2018Avqustun 30-da Cəlilabad rayon sakini Firuzə Əsgərovanın Ocaqlı kəndindəki evində onun və qızı Sənubərin üzərində zorakılıq əlamətləri olan meyitləri tapılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Yaşar Bayramov tutulmuşdur.