Lökbatan qəsəbəsi ərazisində yerləşən bazarda 4 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən T.Ağazadə saxlanılmışdır
01.09.2018Bu il avqustun 22-dən 31-dək olan müddətdə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən bazarda 4 nəfərin mobil telefonları oğurlanmışdır.
Qaradağ RPİ 10-cu PB və Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Tərlan Ağazadə saxlanılmışdır.