Ucar rayonunun Lək kəndi ərazisində traktorla kənd sakini C.Tağıyev vurulmuşdur
01.09.2018Avqustun 24-də Ucar rayonunun Lək kəndi ərazisində Qazyan kənd sakini Surxay Rəhimov idarə etdiyi “MTZ” markalı traktorla yolu velosipedlə keçən kənd sakini Cəlal Tağıyevi vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş C.Tağıyev sentyabrın 1-də orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.