Babək rayonunun Nehrəm kəndi ərazisində “ZİL” markalı avtomobillə rayon sakini Ə.Məmmədova vurulmuşdur
01.09.2018Sentyabrın 1-də saat 11 radələrində Babək rayonunun Nehrəm kəndi ərazisində kənd sakini Fazil Həsənov idarə etdiyi “ZİL” markalı avtomobillə yolu keçən həmkəndlisi Əfsanə Məmmədovanı vurmuşdur. Piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Babək RPŞ tərəfindən araşdırma aparılır.