Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində 2 hektar biçilmiş taxıl sahəsində küləşi yandırmaqda şübhəli bilinən iki yeniyetmə saxlanılmışdır
09.08.2018Avqustun 9-da Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində 2 hektar biçilmiş taxıl sahəsində küləş yanmışdır. Yanğın söndürülmüş, onun daha geniş ərazilərə yayılmasının qarşısı alınmışdır.
Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin kənd sakinləri olan iki yeniyetmə tərəfindən törədilməsi müəyyən edilmiş və onlar saxlanılmışlar.