Şabran rayonu ərazisində idarə etdiyi avtomobillə rayon sakini R.Hacıyevi vurmaqda şübhəli bilinən Belarus vətəndaşı M.Kuzmin saxlanılmışdır
09.08.2018Avqustun 8-də saat 3 radələrində Şabran rayonunun Sincanboyad kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Qorğan kənd sakini Rauf Hacıyev vurulmuş və nəticədə hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi və Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Belarus vətəndaşı Mixail Kuzmin saxlanılmışdır.