Şirvan şəhər sakini Elnur Bədəlov saxlanılmışdır
09.08.2018İyulun 24-də Şirvan şəhəri ərazisində naməlum şəxs Sabirabad rayon sakini Faiq Abbasəliyevi aldadaraq “Lada Granta” markalı avtomobilini ondan almışdır.
DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin Salyan şəhərinin ərazisində hərəkətdə olması müəyyən edilmiş edilmiş və məlumat aidiyyəti üzrə ötürülmüşdür.
Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Elnur Bədəlov saxlanılmışdır.