Gəncə şəhəri ərazisində idarə etdiyi avtomobillə şəhər sakini X.Bağırovanı vurmaqda şübhəli bilinən T.Qocayev saxlanılmışdır
09.08.2018Avqustun 1-də saat 20 radələrində Gəncə şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Xədicə Bağırova vurulmuşdur.
Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü - Gəncə şəhər sakini Tural Qocayev saxlanılmışdır.