Ağdaş şəhər sakini Nizami İsmayılovu qətlə yetirmiş Hüseyn İbadov könüllü olaraq təslim olmuşdur
09.08.2018Avqustun 9-da Ağdaş şəhəri ərazisindəki qəbristanlıqda şəhər sakini Hüseyn İbadov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Nizami İsmayılovu qətlə yetirmişdir. Sonra o, könüllü olaraq polisə gəlmiş və hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngini təhvil vermişdir.
Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən H.İbadovun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.