Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri Orxan Həsənov, Emil Quliyev və Ruslan Nəsirov saxlanılıb

23.07.2018

İyulun 18-nə keçən gecə Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsi ərazisində oyun zallarının birindən oğurluq edilməsi barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub. Dərhal Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin obyektdən damı sökmək yolu ilə 4 ədəd televizorun və 4 oyun aparatının oğurlandığı məlum olub.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər Bakı şəhəri ərazisində Xətai RPİ 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Gəncə şəhər sakinləri Orxan Həsənov, Emil Quliyev və əvvəllər məhkum olunmuş Ruslan Nəsirov olduqları müəyyən edilib.

Onlardan bir ədəd televizor və oyun aparatı maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.  

23.07.2018 tarixinə olan kriminal məlumatlar