Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
23.07.2018İyulun 23-də saat 11 radələrində Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində kənd sakini Maarif Heydərovun idarə etdiyi “VAZ-2107” və Laçın rayon sakini Böyükkişi Şirinovun idarə etdiyi “Mercedes” markalı (mikroavtobus) avtomobillər toqquşmuşdur. Nəticədə M.Heydərov hadisə yerində ölmüşdür.
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.