Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərlə mübarizə qətiyyətlə davam etdirilir

23.07.2018

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi  və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir İbrahimovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə kolu, evindən isə 375,5 qram marixuana və 1 ədəd qələm tapança aşkar edilərək götürülüb.

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağköynək kənd sakini Elvin Qocayevdən 305 qram marixuana götürülüb. 

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları Qırlı kəndi ərazisində  yabanı halda bitmiş, çəkisi 3,5 tona yaxın 4800 ədəd çətənə kolu aşkar edərək məhv ediblər. 

Bu istiqamətdə tədbirlər davam etdirilir. 

23.07.2018 tarixinə olan kriminal məlumatlar