Oğurluqda şübhəli bilinən Yardımlı rayon sakini olan bir yeniyetmə saxlanılmışdır
23.07.2018Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də Xırdalan şəhəri ərazisindəki mağazaların birindən 880 manat oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini olan bir yeniyetmə saxlanılmışdır.
Ətrafında keçirilmiş tədbirlərlə onun cari ilin fevral-iyun aylarında daha iki mağazadan və bir avtomobildən noutbuk, pul, tütün məmulatı və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.