Oğurluqda şübhəli bilinən Abşeron rayon sakinləri Ümid Səfərov və Orxan Babayev saxlanılmışlar
23.07.2018Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 22-də rayon ərazisindəki zavodlardan birinin ərazisindən 4 ədəd termoplast, 1 ədəd patronlu torna, 1 ədəd müstəvi pardaxlama, 1 ədəd torna və 1 ədəd yivaçan torna aparatlarını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri Ümid Səfərov və Orxan Babayev saxlanılmışlar.