Oğurluqda şübhəli bilinən Kürdəmir şəhər sakini Ceyhun Əliyev, Bərdə rayon sakini Feyruz Vəlizadə və Bakı şəhər sakini Abbas Məmmədov tutulublar
18.10.2017Baş Cinayət Axtarışı İdarəsi və Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də Kürdəmir rayonu ərazisindəki evlərin birindən 2500 manat pul və 7000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Kürdəmir şəhər sakini Ceyhun Əliyev, Bərdə rayon sakini Feyruz Vəlizadə və Bakı şəhər sakini Abbas Məmmədov tutulublar.