Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Soyğunçuluqda şübhəli bilinərək tutulmuş Gəncə şəhər sakini Kamran Hüseynovun üzərindən 0,399 qr heroin də aşkar edilərək götürülüb

18.10.2017

Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları soyğunçuluq edən şəxsə qaçıb aradan çıxmağa macal verməyiblər.   

Belə ki, oktyabrın 18-də saat 9 radələrində “Moskva” ticarət mərkəzində naməlum şəxs bir qadının qulağındakı qızıl sırğasını qoparıb qaçıb. Həmin ərazidə xidmətdə olan Mühafizə Polisinin əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə həmin şəxs bir qədər aralıda yaxalanıb və o, şübhəli şəxs qismində saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil verilib. 

Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Hüseynov olduğu məlum olub. Onun üzərinə baxış keçirilən zaman həmin qadına məxsus qızıl sırğa maddi sübut kimi, həmçinin 0,399 qram heroin də aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb. 

18.10.2017 tarixinə olan kriminal məlumatlar