Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etməkdə şübhəli bilinən 2 qadın saxlanıldı

18.10.2017

Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşların evlərindən oğurluq hallarına qarşı uğurlu tədbirlər həyata keçirilib. 

Oktyabrın 14-nə keçən gecə DİN-in "102” Zəng Mərkəzinə Gəncə şəhəri ərazisindəki evlərin birindən oğurluq olması barədə məlumat daxil olub.

Hadisə yerinə gələn Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Məlum olub ki, evdən 100 manat, 400 ABŞ dolları, habelə qızıl əşyalar oğurlanıb.

Polis əməkdaşlarının şübhələri Roza adlı qadının üzərində cəmləndiyindən o, şübhəli şəxs qismində saxlanılaraq Polis İdarəsinə gətirilib.

Araşdırmalarla onun Göygöl rayon sakini Roza Cabbarova olduğu məlum olub. 

18.10.2017 tarixinə olan kriminal məlumatlar