Velosiped oğurlamaqda şübhəli bilinən paytaxt sakini Məhərrəm Kazımov tutulub
18.10.2017Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 17-də Bakı şəhər sakinləri olan 2 nəfərə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini Məhərrəm Kazımov tutulub. Ətrafında aparılan tədbirlərlə onun həmin gün rayon ərazisində daha bir velosiped oğurlaması da müəyyən edilib.