Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Mirhüseyn Mirxasovun avtomobili qaçırması da müəyyən edilib
18.10.2017Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Mirhüseyn Mirxasovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi, Bakı Şəhər BPİ Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il aprelin 18-də Yasamal rayonu ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırması da müəyyən edilib.
Avtomobil oktyabrın 8-də Gəncə şəhəri ərazisində tapılıb.