Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Paytaxt sakini Əşrəfəli Mürşüdov qaçırdığı avtomobili idarə edərkən saxlanılıb

18.10.2017

Oktyabrın 18-də saat 2 radələrində Xətai rayonunun Nobel prospektindən Bakı şəhər sakini Mirsadiq Vahabova məxsus “VAZ-2104” markalı avtomobil qaçırılıb.

DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin həmin gün saat 6 radələrində Nərimanov rayonu S.Vurğun küçəsində hərəkətdə olması aşkar edilib.

Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə avtomobil saxlanılıb və onu idarə edən paytaxt sakini, əvvəllər məhkum olunmuş Əşrəfəli Mürşüdovla birgə Xətai RPİ-yə təhvil verilib.

18.10.2017 tarixinə olan kriminal məlumatlar