Salyan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
18.10.2017Oktyabrın 18-də saat 21 radələrində Salyan şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini - azyaşlı Ayxan Əhmədov vurulub. Nəticədə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.
Salyan RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.