Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Xırdalan şəhər sakini Vahid Hüseynov yerləşdirildiyi xəstəxanada ölüb
18.10.2017Oktyabrın 17-də saat 23 radələrində Xırdalan şəhəri ərazisində şəhər sakini Vahid Hüseynovun idarə etdiyi “Mercedes” və Yevlax rayon sakini Teymur Xəlilovun idarə etdiyi “Shacman” markalı (yük) avtomobillər toqquşub. Xəsarətlə xəstəxanaya yerləşdirilən V.Hüseynov oktyabrın 18-də orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.