Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qəza törədib hadisə yerindən qaçan sürücü saxlanıldı

24.08.2017

Avqustun 24-də saat 4 radələrində Səbail rayonu ərazisində bir nəfər piyadanın yolu keçərkən vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Müəyyən edilməmiş avtomobilin vurduğu Şirvan şəhər sakini Fazil Hüseynov aldığı ağır bədən xəsarətindən elə hadisə yerində ölüb. Bu  barədə Səbail RPİ-yə məlumat daxil olan kimi polis əməkdaşaları dərhal hadisə yerinə gəlib. Hadisəni törədən nəqliyyat vasitəsinin və onu idarə edən şəxsin müəyyən edilməsi üçün təxirəsalınmaz tədbirlərə başlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsi Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən hadisənin “Renault” markalı avtomobillə törədilməsi müəyyən edilərək aidiyyatı üzrə məlumat verilib.

Səbail RPİ 39-cu PB-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə həmin avtomobili Bakı şəhər sakini Teymur Hüseynovun idarə etdiyi müəyyən edilib. Keçirilən tədbirlərlə avtomobil  sürücüü ilə birlikdə saxlanılıb.

24.08.2017 tarixinə olan kriminal məlumatlar