Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birində pul kisəsi oğurlamaqda şübhəli bilinən L.Əlizadə tutulub
24.08.2017Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 13-də rayon ərazisindəki gözəllik salonlarından birində Bakı şəhər sakini olan bir qadının içərisində 440 manat və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ləman Əlizadə tutulub.