Şəmkir rayonu ərazisindəki evlərdən birindən elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən R.Eynullayev saxlanılıb
24.08.2017Avqustun 23-də Şəmkir rayonu ərazisindəki evlərdən birindən 200 metr elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Təzəkənd kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Eynullayev RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.