Neftçala rayonunun Xolqarabucaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi
24.08.2017Avqustun 24-də saat 17 radələrində Neftçala rayonunun Xolqarabucaq kəndi ərazisində kənd sakinləri Şamil Quliyevin idarə etdiyi “Hyundai” markalı ekskavatorla İbad Rzayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb.
Neftçala RPŞ tərəfindən araşdırma aparılır.