Ağstafa rayon sakini İ.Rəhimova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları, habelə 10 kiloqram 350 qram marixuana götürülüb
24.08.2017Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Ağstafa RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Dağkəsəmən kənd sakini, əvvəllər məhkum olunmuş İdris Rəhimova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 89 ədəd çətənə kolu, habelə 10 kiloqram 350 qram marixuana aşkar edilərək götürülüb.