Bakı şəhər sakini C.Xəlilbəylini döyüb bıçaqla hədələyərək ondan 1000 manat pul almaqda şübhəli bilinən şəxslər tutulublar
24.08.2017Avqustun 24-də Yasamal rayonunun Z.Xəlilov küçəsində 3 naməlum şəxs Bakı şəhər sakini Ceyhun Xəlilbəylini döyüb bıçaqla hədələyərək ondan 1000 manat pul alıb.
Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Vaqif Əliyev, Fərid İbrahimov və Abşeron rayon sakini Ruslan Ardatyev tutulublar.