Gün ərzində 77 cinayət faktı qeydə alınmışdır
03.01.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 77 cinayət faktı qeydə alınmış, onların da 19-u “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 7 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər tutulmuşdur.