Masallı rayonunun Ərkivan qəsəbəsində yol-nəqliyyat hadisəsi
03.01.2017Yanvarın 3-də saat 12 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsində rayon sakinləri Mübariz Bağırovun idarə etdiyi "Seat" markalı və Rövşən Əmənovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Əmənov və sərnişinlərindən həmkəndlisi Təhminə Haxıyeva hadisə yerində ölmüş, digər sərnişini və M.Bağırov isə xəstəxanaya yerləşdirilmişlər.
Masallı RPŞ tərəfindən araşdırma aparılır.