Beyləqan rayonunun Dünyamalılar kəndində yol-nəqliyyat hadisəsi
03.01.2017Yanvarın 3-də saat 08 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndində rayon sakini Məhəmməd Məmmədov idarə etdiyi "VAZ-2106" markalı avtomobili qarşıda gedən həmyerlisi İlham Məmmədovun idarə etdiyi "Mercedes" markalı mikroavtobusa vurmuşdur. Nəticədə M.Məmmədov hadisə yerində ölmüşdür.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.