Kürdəmir rayonunun Atakişili kəndi ərazisində yol-nəqliyyat hadisəsi
03.01.2017Yanvarın 3-də saat 08 radələrində Kürdəmir rayonunun Atakişili kəndi ərazisində Ucar rayon sakini Tural Süleymanov idarə etdiyi "QAZ-224721" markalı avtomobili qarşıda gedən Şəki rayon sakini Qalib Hüseynovun idarə etdiyi "Kamaz-5511" markalı avtomobilə vurmuşdur. Nəticədə T.Süleymanovun sərnişinlərindən həmyerlisi Şəhla Əzizova hadisə yerində ölmüş, özü və digər sərnişini Validə Xəlilova xəstəxanaya yerləşdirilmiş,Validə orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.