5 baş qoyun oğurlamaqda şübhəli bilinən Qobustan rayon sakinləri İ.Səftərov, A.Dəmirov və F.Hüseynov tutulmuşlar
03.01.20172016-cı il dekabrın 26-da Qobustan rayonunun Yekəxana kənd sakini Rza Hacıalıyevə məxsus həyətyanı sahədən 5 baş qoyun oğurlanmışdır.
Qobustan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri İmkan Səftərov, Azay Dəmirov və əvvəllər məhkum olunmuş Fəyaz Hüseynov tutulmuşlar.