Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "D" yaşayış sahəsində yaşayan Ş.Ağayev mənzilində yanğın baş verməsi nəticəsində ölmüşdür
03.01.2017Yanvarın 3-də saat 02 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "D" yaşayış sahəsində yaşayan Şahseyran Ağayevin mənzilində yanğın baş vermişdir. Yanğın söndürüldükdən sonra Ş.Ağayevin yanmış meyiti tapılmışdır.