Salyan rayonun Həsənli kənd sakini Seyfəli Süleymanovun və oğlu Şaiqin yaşadıqları evdən müvafiq sənədləri olmayan ov tüfəngləri və 2 baş ceyran aşkar edilərək götürülmüşdür
26.12.2016Salyan RPŞ və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı rayonun Həsənli kənd sakini Seyfəli Süleymanovun və oğlu Şaiqin yaşadıqları evdən 1 ədəd müvafiq sənədləri olmayan "İJ-27" markalı, həyətdəki "VAZ-2107" markalı avtomobildən isə müvafiq sənədləri olan "İJ-58" markalı, 1 ədəd müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "TOZ-8" markalı ov tüfəngləri və 16 ədəd patron, habelə yardımçı təsərrüfatdan 2 baş ceyran aşkar edilərək götürülmüşdür.