Quldurluq etməkdə şübhəli bilinən paytaxt sakini Bəhruz Məmmədov tutulmuşdur
26.12.2016Dekabrın 26-da Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Günel Rəcəbovaya zor tətbiq edərək içərisində 270 manat, 130 ABŞ dolları, 50 avro və mobil telefon olan pul kisəsini almışdır.
Nəsimi RPİ 22-ci PB və rayon Mühafizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Bəhruz Məmmədov tutulmuşdur.