Yardımlı rayon sakini Nabil Rəhmanovu qətlə yetirməkdə şübhəli bilinən Dilərə Orucəliyeva tutulmuşdur
26.12.2016Dekabrın 26-da Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindəki "Muğan qışlaq" otlaq sahəsində yerləşən fermada, orada çoban işləyən Yardımlı rayon sakini Nabil Rəhmanovun bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır.
Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmin fermada yaşayan həmyerlisi Dilərə Orucəliyeva tutulmuşdur.