Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etməkdə şübhəli bilinən Bərdə rayon sakini Vüsal Əliyev tutulmuş, digər 2 nəfər isə müəyyən edilmişdir

26.12.2016

Dekabrın 26-da Sabunçu rayonunun "Baksol" yaşayış sahəsində Füzuli rayon sakini Xaləddin Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobilə sərnişin qismində oturmuş 3 nəfər Sabunçu qəsəbəsinə gedəcəklərini bildirmişdir. Onlar qəsəbə ərazisində sürücünü bıçaqla hədələyərək pul verməsini tələb etmiş, X.Məmmədov pulunun olmadığını dedikdə isə onu avtomobildən düşürüb həmin nəqliyyat vasitəsində getmişlər.

Sabunçu RPİ 12-ci PB, Nəsimi RPİ 19-cu PB və Bakı BPİ DYPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Binəqədi rayonu ərazisində tapılmış və hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Vüsal Əliyev tutulmuş, digər 2 nəfər isə müəyyən edilmişdir.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

26.12.2016 tarixinə olan kriminal məlumatlar