Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini Müsəllim Həsənov tutulmuşdur
26.12.2016Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 25-də rayon ərazisindəki yol kənarının yaşıllaşdırma zolağının işıqlandırılması üçün nəzərdə tutulmuş elektrik qutusundan 3500 manat dəyərində elektrik avadanlıqlarını oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Müsəllim Həsənov tutulmuşdur.