Velosiped, 200 m elektrik naqili və elektrik təmir alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xaləddin Əliyev tutulmuşdur
26.12.2016Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-də Binə qəsəbəsi ərazisində Rasim Abbasova məxsus evdən velosiped, 200 metr elektrik naqili və elektrik təmir alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xaləddin Əliyev tutulmuşdur.