Astara rayon sakini S.Rəhimovun ov edərkən yıxılması və ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində ölməsi müəyyən edilmişdir
22.10.2016Oktyabrın 21-də Astara rayonunun Kakalos kəndində yaşayan 59 yaşlı Sadir Rəhimov evindən çıxmış, geri qayıtmamışdır.
Astara RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalarla S.Həbibovun kənd ərazisində ov edərkən yıxılması və ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində ölməsi müəyyən edilmişdir.
Hadisə yerinə baxış zamanı oradan “TОЗ-63” markalı ov tüfəngi aşkar edilərək götürülmüşdür.Araşdırma aparılır.