Gəncə şəhərində “VAZ-2107” markalı avtomobillə şəhər sakini D.Abdullayeva vurulmuşdur
22.10.2016Oktyabrın 22-də saat 19 radələrində Gəncə şəhərində Daşkəsən rayon sakini Əfqan Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Dilbər Abdullayevanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.