Abşeron rayonu ərazisində idarə etdiyi avtomobillə Bakı şəhər sakini N.Mustafayevi vurmuş sürücü Ə.Rüstəmov saxlanılmışdır
22.10.2016Oktyabrın 21-də saat 19 radələrində Abşeron rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini 78 yaşlı Nəsib Mustafayev vurulmuşdur. Xəstəxanaya gətirilmiş piyada orada ölmüşdür.
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Geely” markalı avtomobilin sürücüsü - rayon sakini Əbülfəz Rüstəmov saxlanılmışdır.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.